...

Gürcüstanda keçirilən islahatlarla bağlı Baydenin rəyi müsbət olub - parlament spikeri

Siyasət Materials 23 İyul 2009 18:29 (UTC +04:00)
Demokratiya və ölkədə keçirilən islahatlarla bağlı ABŞ-ın vitse-prezidenti Cozef Baydenin rəyi müsbət olub. Bu barədə jurnalistlərlə söhbət zamanı parlament spikeri David Bakradze bəyan edib.
Gürcüstanda keçirilən islahatlarla bağlı Baydenin rəyi müsbət olub - parlament spikeri

Gürcüstan, Tbilisi, 23 iyul / Trend , müxbir N.Kirsxaliya /

Demokratiya və ölkədə keçirilən islahatlarla bağlı ABŞ-ın vitse-prezidenti Cozef Baydenin rəyi müsbət olub. Bu barədə jurnalistlərlə söhbət zamanı parlament spikeri David Bakradze bəyan edib.

Onun sözlərinə görə, Baydenin Gürcüstan müxalifətinin aksiyalarına şərh verərkən "demokratiyaya xoş gəlmisiniz" deməsi simptomatik idi.

"İslahatlara gəldikdə isə, əlbəttə ki, ölkə rəhbərliyi sözügedən islahatların dayandırılacağı təqdirdə Gürcüstanın 10 il bundan əvvəlki vəziyyətə qayıdacağını başa düşür. Bizim inkişafımız islahatlar üzərində qurulub", - Bakradze bildirib.

"Qeyd etmək lazımdır ki, vitse-prezidentin müraciətləri təkcə prezidentə deyil, eyni zamanda ölkə parlametinin sədrinə və bütün cəmiyyətə yönəlib, biz demokratiya yolu ilə birlikdə getməliyik", - deyə spiker bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti