...

Azərbaycan Prezidenti Çexiyanın maliyyə nazirini qəbul edib

Siyasət Materials 23 İyul 2009 19:35 (UTC +04:00)
Prezident İlham Əliyev Azərbaycan-Çexiya münasibətlərinin son vaxtlar dinamik inkişaf etdiyini, yüksək səviyyəli qarşılıqlı səfərlərin iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyətli olduğunu bildirib.
Azərbaycan Prezidenti Çexiyanın maliyyə nazirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 23-də Çexiyanın maliyyə naziri Eduard Yanotanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Prezident İlham Əliyev Azərbaycan-Çexiya münasibətlərinin son vaxtlar dinamik inkişaf etdiyini, yüksək səviyyəli qarşılıqlı səfərlərin iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyətli olduğunu bildirib. Dövlətimizin başçısı siyasi sahədə əlaqələrin inkişafından məmnunluğunu deyib, eyni zamanda, iqtisadi əməkdaşlığın genişləndirilməsinin zəruriliyini vurğulayıb.

Prezident İlham Əliyev Çexiyanın maliyyə nazirinin Azərbaycana bu səfərinin iki ölkə arasında əlaqələrin daha da inkişafına xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

Eduard Yanota ölkəsinin Azərbaycanla münasibətlərinin strateji tərəfdaşlıq xarakteri daşıdığını vurğulayaraq, Çexiya ilə Azərbaycan arasında iqtisadi sahədə, o cümlədən maliyyə sektorunda əlaqələrin inkişafı üçün geniş potensialın olduğunu deyib. O bildirib ki, Bakıya səfərinin əsas məqsədlərindən biri bu sahədə əməkdaşlığın gələcək perspektivlərinə dair müzakirələr aparmaqdır.

Xəbər lenti

Xəbər lenti