...

Məşhur İran mügənnisi dünya ictimaiyyətini İranda baş verənlərə adekvat reaksiya göstərməyə çağır

Siyasət Materials 25 İyul 2009 14:22 (UTC +04:00)
Azərbaycan əsilli məşhur İran folklor mügənnisi, Ququş kimi tanınan Fayeqex Ataşin dünya ictimaiyyətini İranda baş verənlərə adekvat reaksiya verməyə çağırır.
Məşhur İran mügənnisi dünya ictimaiyyətini İranda baş verənlərə adekvat reaksiya göstərməyə çağır

ABŞ, Vaşinqton, 25 iyul / Trend , müxbir N. Boqdanova /

Azərbaycan əsilli məşhur İran folklor mügənnisi, Ququş kimi tanınan Fayeqex Ataşin dünya ictimaiyyətini İranda baş verənlərə adekvat reaksiya verməyə çağırır.

"Mən istənilən qəddarlığın təzahürünə, müharibə, işğal və xarici qoşunların təcavüzünə qarşıyam. Düşünürəm ki, İran xalqına azdlıq lazımdır. Bizi qorxutmaq lazım deyil", - Ququş şənbə günü Trend -a deyib.

Müxtəlif ölkələrdəki İran immiqrantları 12 iyunda keçirilən prezident seçkilərində hazırkı prezident Mahmud Əhmədinejata məğlub olan Mir Hüseyn Musəvini dəstəkləyən müxalif dairələrə dəstək göstərmək üçün iyulun 23-də aclıq aksiyasına başlayıblar. Müxalifət hesab edir ki, seçkilərin nəticələri saxtalaşdırlıb.

Əsas aksiya iyulun 22-25-də Nyu-Yorkda BMT-nin binası qarşısı keçirilib. Aksiya Nyu-Yorkda BMT-nin binası qarşısında bir neçə gün davam edib. Aksiyaçıların əsas tələbləri İslam Respublikası tərəfindən saxlanılan siyasi məhbusların azad edilməsi olub.

Ququş İran xalqına və İranda prezident seçkilərindən sonra baş verən qarşıdurmada həlak olanların və həbs edilənlərin ailələrinə öz dəstəyini bildirib. "İrandakı hazırkı vəziyyət dəhşətlidir", - mügənni deyib.

"Mən bunlardan narahatam. Öz doğmalarını itirən ana və bacılarımızın səsini çatdırmaq üçün BMT-nin binası qarşısına getmişdim", - o bildirib.

"Xalqımız uzun yol keçib. Ümid edirəm ki, İranda seçki qadın və uşaqlar üçün söz, din azadlığı olacaq. Biz bunun üçün mübarizə aparmalıyıq", - o deyib.
Mügənni əlavə edib ki, o, bütün dünyanın diqqətini İranın üzləşdiyi problemə yönəltmək. "Biz hamımız bir yerdəyik və bütün dünya bizi izləyir. Hər bir İran vətəndaşının borcu problemi birlikdə həll etməyə cəhd göstərməkdir", - müğənni bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti