Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Naxçıvan Muxtar Respublikasının 85 illiyinə həsr olunmuş təntənəli mərasimdə iştirak edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Dövlət başçısı mərasimdə geniş nitq söyləyib.
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında fərqlənmiş şəxslərə dövlət mükafatlarını, fəxri adları və Azərbaycan Prezidentinin fəxri fərmanlarını təqdim edib.
Rəsmi hissədən sonra incəsənət ustalarının konserti olub.