...

Gürcüstan azərbaycanlıları ermənilərin təxribatlara başladıqlarını bildirirlər

Siyasət Materials 7 Avqust 2009 10:43 (UTC +04:00)
"Kvemo-Kartli erməniləri Dəmyə kəndinə gələn içməli su xəttinin kəsildiyini bildiriblər. Ermənilərin Dəmyə kəndi 170 ailəlik olsa da, orada 70 ailə yaşayır. Rayon rəhbərliyi kəndin su ehtiyatları ilə yerində maraqlanıb və hazırda kəndin su anbarında 200 tonluq su ehtiyatının olduğu məlum olub. Onların suyunu heç kəs kəsməyib. Bu sadəcə ermənilərin növbəti təxribatıdır", - cümə axşamı Trend News-a Gürcüstan azərbaycanlılarının "Qeyrət" Xalq Hərəkatının rəhbəri Əlibala Əsgərov Tbilisidən telefonla bildirib.
Gürcüstan azərbaycanlıları ermənilərin təxribatlara başladıqlarını bildirirlər

Azərbaycan, Bakı, 06 avqust / Trend , müxbir C.Babayeva /

Gürcüstan azərbaycanlıları ermənilərin avqust hadisələrinin ildönümü ilə bağlı təxribatlara başladıqlarını bildirirlər.

"Kvemo-Kartli erməniləri Dəmyə kəndinə gələn içməli su xəttinin kəsildiyini bildiriblər. Ermənilərin Dəmyə kəndi 170 ailəlik olsa da, orada 70 ailə yaşayır. Rayon rəhbərliyi kəndin su ehtiyatları ilə yerində maraqlanıb və hazırda kəndin su anbarında 200 tonluq su ehtiyatının olduğu məlum olub. Onların suyunu heç kəs kəsməyib. Bu sadəcə ermənilərin növbəti təxribatıdır", - cümə axşamı Trend -a Gürcüstan azərbaycanlılarının "Qeyrət" Xalq Hərəkatının rəhbəri Əlibala Əsgərov Tbilisidən telefonla bildirib.

Trend -un arayışı: Gürcüstanın Kvemo-Kartli regionunun erməni kəndləri bu yaxınlarda Ermənistanın siyasi və ictimai elitasına müraciət ediblər. Onlar Gürcüstanda antierməni siyasətin hiss olunduğunu və yerli azərbaycanlıların aqressiv münsibətindən şikayətləniblər. Müraciət müəllifləri Dəmyə kəndini içməli su ilə təmin edən xəttin kəsildiyini bildiriblər və bunu gürcü və azərbaycanlı məmurlarla əlaqələndiriblər. Gürcüstan erməniləri Ermənistan rəhbərliyindən Kvemo-Kartli regionunun ermənilər məskunlaşdığı ərazilərdəki mövcud vəziyyəti diqqət mərkəzində saxlamağı tələb ediblər.

Ötən il avqustun 8-nə keçən gecə tanınmamış Cənubi Osetiya Respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Tsxinvaliyə daxil olub. Sonradan rus qoşunları Tsxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar. Avqustun 26-da Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb, sentyabrın 9-da isə onlarla diplomatik əlaqələr qurulub.

Əsgərovun sözlərinə görə, Kvemo-Kartlidə erməni kəndləri ayrıca dağlıq ərazidə yerləşir və onlarla yaxınlıqda azərbaycanlı kəndi yoxdur. "Beynəlxalq donor təşkilatlarının dəstəyi ilə hər erməni kəndində böyük su anbaralı tikilib. Azərbaycanlıların ermənilərə heç bir pisliyi dəymir. Əksinə, azərbaycanlı kəndlərin suvarma sistemləri erməni kəndlərindən keçdiyinə görə, zaman-zaman ermənilər azərbaycanlıların meliorasiya sahəsində problemlər yaradırlar". - o deyib.

O, ermənilərin bu ajiotajını Gürcüstandakı məlum avqusat hadisələrinin ildönümünün yaxınlaşması ilə əlaqələndirib. "Hadisələrin ildönümü ilə bağlı ermənilər gündəmə gəlmək istəyirlər. Guya Azərbaycan-Gürcüstan birliyi o qədər möhkəmlənib ki, onlar birləşib erməniləri öz ərazilərindən sıxışdırır. Bu tamamilə yalandır. Bu erməni xəstəliyidir. Təxribat onların qanındadır. Ermənilərin bu təxribatı Azərbaycan-Gürcüstan həmrəyliyinə etiraz və narazılıqlardır", - hərəkat sədri deyib.

Əsgərov bildirib ki, Gürcüstan azərbaycanlılarının içməli su ilə bağlı ciddi problemləri olsa da, onlar bununla bağlı heç bir dövlət qurumuna müraciət etməyiblər. "Azərbaycanlıların yaşadığı Marneuli rayonunun 60 kəndinin 55-də kəskin su qıtlığı var. Bununla bağlı rəsmi qurumlara müraciət etmirik. Çünki problemin səbəbi qlobal istiləşmə ilə əlaqdardır. Azərbaycanlı kəndlərin içməli suyunun hamısını təbii sular təşkil edir. Biz bu problemi siyasiləşdirməmişik", - o deyib.

Trend -un arayışı: Qeyri-rəsmi məlumatlara görə, Gürcüstanda, əsasən Kvemo-Kartli (Borçalı) vilayətində təxminən 500 min azərbaycanlı yaşayır. Statistikaya əsasən, Gürcüstan əhalisinin əsas hissəsini (təxminən 70%) gürcülər təşkil edir. Ölkədə həmçinin ermənilər (380 min), azərbaycanlılar (350 min), ruslar (207 min), osetinlər (150 min), abxazlar (100 min), yunanlar (80 min), kürdlər, assuriyalılar, udinlər, avarlar, kistinlər də yaşayır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti