Gürcüstan, Tbilisi, 11 avqust / Trend , müxbir N.Kirsxaliya /
Gürcüstana qarşı xain planlar quran insanlar məğlubiyyətə düçar olub. Bu bəyanatla Tbilisidə keçirilən mətbuat konfransında ABŞ-ın dövlət katibinin köməkçisinin sabiq müavini Metyu Brayza bildirib.
Onun sözlərinə görə, Gürcüstanın Müdafəi Nazirliyində olub və son illər ərzində hərbi sahədə əldə olunan uğurlara heyrətlənib.
"Bir il öncə ABŞ səfirliyi gecələr boyunca yatmırdı və tankların Tbilisiyə doğru yaxınlaşması haqqında məlumat alırdı. Xalq Rusiyanın hansı planlar qurduğunu təxmin edirdi. Gürcüstan həmin çətin vəziyyətdən çıxa bildi, Gürcüstan hökuməti və dost ölkələr iqtisadiyyatın xilası üçün hər şey etdi", - Brazya ABŞ-ın Gürcüstana donor yardımını da qeyd edərək bildirib.
"Biz Gürcüstan xalqına yardım vəd etmişdik və öz vədimizi yerinə yetirdik", - amerikalı diplomat bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]