Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü ABŞ dövlət katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə müşaviri, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayzanı qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı aparılan danışıqlar, Azərbaycan-ABŞ ikitərəfli münasibətləri, energetika sahəsində əməkdaşlıq, regional və beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.