Gürcüstan, Tbilisi, 13 avqust / Trend , müxbir N.Kirsxaliya /
Gürcüstanın İqtisadiyyat Nazirliyi və "Gürcüstan Poçtu" "Strateji tərəfdaşlıq haqqında ABŞ-Gürcüstan Xartiyası" mövzusunda poçt markasının ən yaxşı layihə eskizi üzrə birgə konkurs elan edib. Nazirlikdən deyildiyi kimi, təqdim olunmuş eskiz özündə Xartiyanın siyasi və tarixi əhəmiyyətini əks etdirməlidir.
Konkursda 16 yaşdan yuxarı istənilən şəxs iştirak edib. Konkursa qoşulmaq üçün yalnız bu vaxtadək heç bir konkursda təqdim olunmayan layihələr buraxılacaq.
Sentyabrın 18-də elan olunacaq konkursun qalibinə 1500 lari (900 ABŞ dolları) mükafat veriləcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]