...

Azərbaycan paytaxtında odlu silahla qətl törədilib

Siyasət Materials 19 Avqust 2009 11:07 (UTC +04:00)
Bakının Sabunçu rayon Prokurorluğundan çərşənbə günü Trend News-a verilən məlumata görə, ötən gün saat 21.00 radələrində Bakıxanov qəsəbəsi ərazisindəki Şəhidlər Xiyabanı yaxınlığında Zəngilan rayonunda doğulmuş Namiq Mövsümov qanunsuz gəzdirdiyi "Makarov" markalı tapança ilə qardaşı Ramin Mövsümovu qətlə yetirib, yaxın qohumu Etibar Balakişizadəni isə yaralayıb.
Azərbaycan paytaxtında odlu silahla qətl törədilib

Azərbaycan, Bakı, 19 avqust / Trend , muxbir K.Zərbalıyeva /

Ötən gün Azərbaycan paytaxtında odlu silahla qətl törədilib.

Bakının Sabunçu rayon Prokurorluğundan çərşənbə günü Trend -a verilən məlumata görə, ötən gün saat 21.00 radələrində Bakıxanov qəsəbəsi ərazisindəki Şəhidlər Xiyabanı yaxınlığında Zəngilan rayon sakini Namiq Mövsümov qanunsuz gəzdirdiyi "Makarov" markalı tapança ilə yaxın qohumu Etibar Balakişizadəyə atəş açaraq ona ciynindən xəsarət yetirib.

Balakişiyev isə yaralı vəziyyətdə silahı qaynının əlindən alaraq onun baş nahiyəsinə iki dəfə atəş açaraq qətlə yetirib.

Hadisənin motivi hələlik məlum deyil.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1-ci), qəsdən adamöldüməyə sui-qəsd (29.120.1) və qanunsuz olaraq odlu silah və ya onun komplekt hissələrini əldə etmə, saxlama, hazırlama və daşıma (228-ci) maddələri ilə cinayət işi başlanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti