Azərbaycan, Bakı, 24 avqust / Trend , müxbir A.Hüseynbala /
Azərbaycan Parlamentinin komitə sədrinin müavini hesab edir ki, Hərbi Doktrinanın qəbulu ölkənin hərbi quruculuğuna müsbət təsir edəcək.
"Layihə hazır olan kimi müzakirə üçün prezidentin imzası ilə qanunvericilik təşəbbüsü əsasında parlamentə daxil olacaq. Doktrina qəbul edildikdən sonra bu sənəd Azərbaycanın uzunmüddətli hərbi quruculuq proqramı olacaq", - bazar ertsəi Trend -a Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri komitəsinin sədr müavini Aydın Mirzəzadə bildirib.
Payız sessiyasına Azərbaycanın Hərbi Doktrinasının qəbulu gözlənilir.
Mirzəzadənin sözlərinə görə, Hərbi Doktrinanın hazırlanmasında həm Azərbaycanın təcrübəsi, həm də beynəlxalq təcrübə nəzərə alınır.
Komitə sədrinin müavini deyib ki, bu ciddi sənəd olduğundan, tez-tez dəyişiklik etməyə ehtiyac qalmasın deyə, layihə üzərində çox ciddi iş gedir. "Hərbi qanunvericilik sənədlərinə dəyişiklik edilib-edilməməsinə gəldikdə isə bunu da Hərbi Doktrina layihəsinin parlamentə təqdimatından sonra müəyyənləşdirəcəyik", - Mirzəzadə vurğulayıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]