...

Azərbaycanın müxalif partiyasının üzvləri bələdiyyə seçkisində müstəqil şəkildə iştirak edəcək

Siyasət Materials 27 Avqust 2009 15:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 avqust / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanda yeni yaradılan müxalifət partiyasının üzvləri bələdiyyə seçkisində müstəqil şəkildə iştirak edəcək.

"Partiyamız Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmadığına görə, bələdiyyə üzvü seçilmək istəyən hər bir partiya üzvü öz namizədliyini irəli sürə bilər", - cümə axşamı Trend -a Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli bildirib.

Trend -un arayışı: Azərbaycanda bələdiyyə seçkisi 2009-cu ilin payızında, parlament seçkisi isə 2010-cu ilin payızında keçirilməlidir. Bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

May ayında Azərbaycan Parlamentində "Bələdiyyələrin birləşdirilməsi haqqında" qanun qəbul edilib.

Qəbul edilən qanuna görə, Azərbaycanda bələdiyyələrin sayı 2757-dən 1766-ya enib.

Əlibəylinin sözlərinə görə, hazırda Bakıda və bölgələrdə bələdiyyə üzvlüyünə namizədlərin müəyyənləşdirilməsi posesi gedir. "Bizim 30-dan çox rayonda yerli təşkilatımız var. Düşünürəm ki, bu rayonların hər birində partiya üzvlərimiz bələdiyyə üzvlüyünə namizədliklərini irəli sürəcəklər", - partiya sədri əlavə edib.

Aydınlar Partiyasının təsis qurultayı 2008-ci il dekabrın 14-də keçirilib. Qulamhüseyn Əlibəyli partiyanın sədri seçilib.

Qulamhüseyn Əlibəyli 1992-1993-cü ildə Prezident Əbülfəz Elçibəyin müşaviri və parlamentdə rəsmi nümayəndəsi olub. 1995-ci ildən 2005-ci ilədək iki dəfə dalbadal Milli Məclisin deputatı olub. Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü olub. O, 1989-cu ildən AXC-nin üzvü, 1993-cü ildən isə АХCP-nin Ali Məclisinin sədri idi. Аvqustun əvvəllərində АХCP Аli Məclisinin sədri vəzifəsindən istеfа vеrib, sеntyаbrın ахırındа isə yеni Аydınlаr Pаrtiyаsı yаrаdаcаğı məlum оlub. АХCP üzvü Nizаmi Quliyеv pаrtiyаdаn istеfа vеrərəк Аydınlаr Pаrtiyаsının sırаlаrınа qоşulаcаğını bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti