...

Türkmənistan forumun vitse-sədri kimi BMT-nin sessiyasını keçirəcək

Siyasət Materials 27 Avqust 2009 16:38 (UTC +04:00)
Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhammedov sentyabrda Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının 64-cü sessiyasında forumun vitse-sədri kimi çıxış edəcək.
Türkmənistan forumun vitse-sədri kimi BMT-nin sessiyasını keçirəcək

Türkmənistan, Aşqabad, 27 avqust / Trend , müxbir Q.Həsənov /

Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhammedov sentyabrda Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının 64-cü sessiyasında forumun vitse-sədri kimi çıxış edəcək. Bu barədə dövlət mətbuat xidməti məlumat verib.

Konstitusiyasında müsbət bitərəf statusu qeyd olunan Türkmənistan son illərdə bir sıra sülhməramlı təşəbbüslər göstərib. Xüsusilə də Aşqabadda BMT-nin Mərkəzi Asiyada qoruyucu diplomatiya üzrə mərkəzinin açılmasını qeyd etmək olar. Ölkə rəhbərliyi satış bazarında enerji təmsilçilərinin daşınması istiqamətində BMT-nin himayəsi altında təhlükəsizliyin təmin edilməsi haqqında xüsusi konvensiyanıln qəbul edilməsi təklifi ilə çıxış edəcək.

"Hazırkı sessiya çərçivəsində "Türkmənistan Prezidentinin səfərinə və ümumiyyətlə, Türkmənistana siyasi və işğüzar elita tərəfindən yaranmış böyük marağı nəzərə alaraq" Berdimuhamedovun bir sıra ölkələrin liderləri və beynəlxalq strukturlarla danışıqları nəzərdə tutulub", - mətbuat xidməti qeyd edir. Trend -un verdiyi xəbərə görə, o cümlədən İordaniya kralı ilə görüşdə ilkin danışıqlar olacaq.

"Biz sonralar da nüfuzlu beynəlxalq strukturlarla, ilk növbədə də BMT ilə regional və beynəlxalq siyasət üzrə, iqtisadi tərəfdaşlığın inkişafı, humanitar əlaqələrin genişləndirilməsi və ümumi tərəqqi naminə beynəlxalq əməkdaşlıq kursunu davam etdirəcəyik", - Berdimuhammedov Nazirlər Kabinetinin sonuncu iclasında deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti