Gürcüstan Tbilisi, 03 sentyabr / Trend , müxbir N.Kirsxaliya /
Gürcüstanda A/H1N1 virusuna iki yeni yoluxma halı aşkarlanıb. Gürcüstanın Səhiyyə Nazirliyindən verilən məlumata görə, hər iki halda virus xaricdən gələn şəxslərdə aşkar edilib.
Virusa yoluxmuş bir kişi Gürcüstana Böyük Britaniyadan, qadın isə İspaniyadan gəlib. Hər iki halda virus özünü zəif göstərib və xəstələrin səhhəti normaldır.
Onlar evdə həkim nəzarətindədirlər.
İndiyədək Gürcüstanda "donuz qripinə" 15 yoluxma halı qeydə alınıb. Bütün xəstələr müalicə kursu keçiblər və indi tamamilə saglamdırlar.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]