...

Azərbaycanlı deputatın məruzəsi AŞPA-nın komitəsində qəbul olunub

Siyasət Materials 4 Sentyabr 2009 18:00 (UTC +04:00)
"Ətraf mühit, kənd təsərrüfatı və regional məsələlər komitəsinin iclasında qəbul olunan "Səs və işıq çirkləndirmələrinin ətraf mühitə təsiri" mövzusunda məruzəm assambleyanın payız sessiyasında müzakirəyə çıxarılacaq", - cümə günü Trend News-a Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rəfael Hüseynov bildirib.
Azərbaycanlı deputatın məruzəsi AŞPA-nın komitəsində qəbul olunub

Azərbaycan, Bakı, 04 sentyabr / Trend , müxbir A.Hüseynbala /

Azərbaycan Parlamenti deputatının məruzəsi Avropa Şurası Parlament Assambleyasının (AŞPA) komitəsində qəbul olunub.

"Ətraf mühit, kənd təsərrüfatı və regional məsələlər komitəsinin iclasında qəbul olunan "Səs və işıq çirkləndirmələrinin ətraf mühitə təsiri" mövzusunda məruzəm assambleyanın payız sessiyasında müzakirəyə çıxarılacaq", - cümə günü Trend -a Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rəfael Hüseynov bildirib.

Hüseynovun sözlərinə görə, Avropa Şurasının Fransanın paytaxtı Parisdəki ofisində keçirilən komitənin iclasında müzakirə olunan məruzədə təkcə Azərbaycanda deyil, bütün Avropa ölkələrində mövcud olan problemlərdən bəhs olunur. "Avropada bu problemin həllinə çox ciddi yanaşırlar və bunu təkcə ekologiyanın çirkləndirilməsinə yox, həm də insan haqlarının pozulmasına təsir göstərən problem kimi qəbul edirlər", - millət vəkili əlavə edib.

Nümayəndə heyətinin üzvü deyib ki, məruzənin müzakirəsində Fransanın bu sahə üzrə bir çox tanınmış mütəxəssisləri ekspert kimi iştirak ediblər. "Məruzəmlə bağlı müzakirələrin biri də 2010-cu ilin yazında Azərbaycanda keçiriləcək. Komitənin həmin iclasında həm Avropa Şurasının deputatları, həm də azərbaycanlı mütəxəssislər iştirak edəcəklər", - Hüseynov vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti