...

Gürcüstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib

Siyasət Materials 14 Sentyabr 2009 16:18 (UTC +04:00)

Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze bazar ertəsi Azərbaycana səfərə gəlib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

İkigünlük səfər çərçivəsində Qriqol Vaşadze Azərbaycanın dövlət və hökumət rəsmiləri ilə görüşəcək. Görüşlərdə ikitərəfli, beynəlxalq və regional məsələlərə dair müzakirələr aparılacaq.

Gürcüstanın xarici siyasət idarəsinin rəhbəri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını da ziyarət edəcək.

Xəbər lenti

Xəbər lenti