...

Böyük Britaniya və Almaniya Türkmənistana hüquqi islahatlarda yardım edirlər

Siyasət Materials 17 Sentyabr 2009 11:23 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 16 sentyabr / Trend , H.Həsənov /

Böyük Britaniya səfirliyi və texniki əməkdaşlığa dair FAR Cəmiyyəti Aşqabadda "Qanunun yaradılması hüquqi islahatların bir elementi kimi" mövzusunda ikigünlük seminarı başa vurublar.

Təşkilatçıların press-relizində bildirilir ki, tədbir Böyük Britaniya səfirliyi və İnsan Hüquqları və Demokratiya Milli İnstitutu, eləcə də "Mərkəzi Asiyada hüquqi və məhkəmə islahatlarına dəstək" adlı alman layihəsi arasında əməkdaşlığa dair razılaşma çəçivəsində keçirilir.

Dinləyicilər arasında DİN, XİN, Ali Məhkəmə, Baş Prokurorluq, Ədliyyə Nazirliyi, Türkmənistan Vəkillər Kollegiyasının nümayəndələri olub. Seminar Böyük Britaniya və FAR-dan olan ekspertlər tərəfindən aparılıb.

Proqrama əsasən, tədbirdə aşağıdakı suallar müzakirə olunub: hüquqi islahatların keçirilməsinin vacibliyi, layihələrin seçilməsi, müasir təmayüllər və problemlər, hökumət, məhkəmə, parlament və müstəqil agentliklərin rolu, müstəqil hüquqi islahatların üstün və çatışmayan cəhətləri, hüquqi layihələrin büynəlxalq standartları.

Məqalənin müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti