...

Azərbaycanda zərgərlik sexindən qızıl külçələr oğurlanıb

Siyasət Materials 17 Sentyabr 2009 12:59 (UTC +04:00)
Azərbaycanda zərgərlik sexindən qızıl külçələr oğurlamış Sumqayıt şəhər sakini saxlanılıb.
Azərbaycanda zərgərlik sexindən qızıl külçələr oğurlanıb

Azərbaycan, Bakı,17sentyabr / Trend , muxbir K. Zərbalıyeva /

Azərbaycanda zərgərlik sexindən qızıl külçələr oğurlamış Sumqayıt şəhər sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend -a verilən məlumata görə, Sumqayıt şəhəri 34-cü məhəllənin ərazisində, şəhər sakini Kamil Cəbiyevə məxsus zərgərlik sexindən 800 qram qızıl külçələr oğurlanıb.

Sumqayıt Şəhər Polis İdarəsin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş və sexi yandırmış şəhər sakini Emin Novruzov tutulub.

Faktla bağlı cinayət işi açılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti