...

İKT-nın baş katibi Filippin Prezidenti ilə Manila və müsəlman icmaları arasındakı barışığı müzakirə edib

Siyasət Materials 17 Sentyabr 2009 16:58 (UTC +04:00)
Filippin hökuməti ilə Mindanao cənub əyalətinin müsəlman icmaları arasında barışıq və Manilanın daimi müşahidəçi qismində İslam Konfransı Təşkilatına (İKT) üzv olması məsələləri təşkilatın baş katibi Ekmələddin İhsanoğlu və Filippin Prezidenti Makapaqal-Arroyo arasındakı danışıqların əsas mövzusu olub.
İKT-nın baş katibi Filippin Prezidenti ilə Manila və müsəlman icmaları arasındakı barışığı müzakirə edib

Azərbaycan, Bakı, 17 sentyabr / Trend , müxbir Ü.Sadıxova /

Filippin hökuməti ilə Mindanao cənub əyalətinin müsəlman icmaları arasında barışıq və Manilanın daimi müşahidəçi qismində İslam Konfransı Təşkilatına (İKT) üzv olması məsələləri təşkilatın baş katibi Ekmələddin İhsanoğlu və Filippin Prezidenti Makapaqal-Arroyo arasındakı danışıqların əsas mövzusu olub. Bu barədə təşkilatın press-relizində deyilir.

Makapaqal-Arroyo Türkiyədə ikigünlük rəsmi səfərdədir. Filippin Prezidenti İstanbul səfəri öncəsi bildirib ki, Manilanın müsəlman dünyasında böyük nüfuza malik olan İKT-də müşahidəçi statusunun tanınmasına nail olmaq niyyətindədir. Məlumatı Sinxua agentliyi yazır.

Makapaqal-Arroyonun İstanbulda təşkilatın baş katibi ilə danışıqlar aparmasına baxmayaraq, Filippinin statusu məsələsi hələ də açıq qalır.

Müşahidəçi statusu Filippinə 57 müsəlman ölkəsinin daxil olduğu və BMT-dən sonra dünyanın ən böyük təşkilatı olan İKT-yə daxil olmaq imkanı verəcək.

Manilanın ərizəsi 2004-cü ildə verilib, lakin hələ də qəbul edilməyib. Filippinin statusunun təsdiqlənməsi üçün 57 ölkə razılıq verməlidir.

Manila üçün əsas problem əsasən Mindanao əyalətində yaşayan moro müsəlman əhalisi ilə barışıqdır.
İhsanoğlu və Makapaqal-Arroyo İKT-nin Filippin hökuməti ilə Mindanaonun müsəlman icmaları arasındakı danışıqlarda vasitəçiliyini müzakirə ediblər.

Moronun Milli Azadlıq Cəbhəsi (MMAC) ölkənin cənubunda müsəlmanların qanuni nümayəndəsi qismində İKT tərəfindən tanınan yeganə təşkilatdır. İKT ölkənin cənub regionunda 10 illlik silahlı münaqişənin nizamlanmasında əsas vasitəçi olaraq qalmaqdadır.

İKT Malayziya vasitəsilə Filippin və Moronun Azadlığı naminə İslam Cəbhəsi arasında sülh proseslərinə yardım göstərilməsində böyük rol oynayır.

Silahlı müsəlman qrupu hökumət ilə 1996-cı ildə sülh müqaviləsinin imzalanmasından sonra MMAC ilə əlaqəsini kəsib.

Filippin hökuməti və Mindanaonun müsəlman icmaları arasında sülh danışıqları ötən ilin avqust ayında başlayıb. Toqquşmalar qəflətən baş verib, bunun da nəticəsində onlarca əsgər və müstəqillik tələb edən yerli müsəlmanlar həlak olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti