...

Azərbaycanın hakim partiyası bələdiyyə seçkiləri ilə əlaqədar seçki proqramını təsdiqləyib

Siyasət Materials 17 Sentyabr 2009 17:39 (UTC +04:00)
Hakim Yeni Azərbaycan Partiyası (YAP) cümə axşamı bələdiyyə seçkiləri ilə əlaqədar seçki proqramını təsdiqləyib.
Azərbaycanın hakim partiyası bələdiyyə seçkiləri ilə əlaqədar seçki proqramını təsdiqləyib

Azərbaycan, Bakı, 17 sentyabr / Trend , müxbir C.Babayeva /

Hakim Yeni Azərbaycan Partiyası (YAP) cümə axşamı bələdiyyə seçkiləri ilə əlaqədar seçki proqramını təsdiqləyib.

"İdarə Heyətinin iclasında partiyanın bələdiyyə seçkiləri ilə əlaqədar seçki proqramı və İcra Katibliyi tərəfindən hazırlanmış müvafiq təlimatlar və sənədlər müzakirə edilərək təsdiq edilib", - cümə axşamı Trend -a YAP-ın mətbuat xidmətindən məlumat verilib.

Azərbaycanda bələdiyyə seçkilərinin dekabrın ortalarında keçirilməsi gözlənilir.

Mətbuat xidmətindən həmçinin bildirilib ki, İdarə Heyətinin islasında bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar partiyanın rayon (şəhər) təşkilatlarında bir sıra tədbirlərin həyata keçirildiyi qeyd olunub. Partiyanın İcra Katibliyinin müəyyən etdiyi seçkiyə hazırlıq qrafikinə uyğun olaraq, yerli təşkilatlarda partiya fəalları üçün treninq və seminarlar keçirilib, müvafiq tapşırıqlar verilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti