...

Azərbaycan və İran Xəzərin statusunu müzakirə edəcək

Siyasət Materials 18 Sentyabr 2009 09:00 (UTC +04:00)
Azərbaycan və İran arasında Xəzərin statusunun müəyyən edilməsinə dair danışıqlar Bakıda keçiriləcək. Bu barədə Trend News-a Azərbaycanın İrandakı səfiri Abbasəli Həsənov bildirib.
Azərbaycan və İran Xəzərin statusunu müzakirə edəcək

Azərbaycan, Bakı, 17 sentyabr / Trend , müxbir S.Ağayeva /

Azərbaycan və İran arasında Xəzərin statusunun müəyyən edilməsinə dair danışıqlar Bakıda keçiriləcək. Bu barədə Trend -a Azərbaycanın İrandakı səfiri Abbasəli Həsənov bildirib.

"İki ölkə ekspertlərinin görüşü Ramazan bayramından sonra gözlənilir. İran XİN görüşün tarixini təklif edən Azərbaycan tərəfinin dəvətini gözləyir", - səfir bildirib.

Xəzərin dibinin bölünməsi məsələsində Azərbaycan, Rusiya və Qazaxıstanın bir-birinə qarşı heç bir tələbi yoxdur. Bu ölkələr arasında sözügedən məsələ üzrə həm ikitərəfli, həm də üçtərəfli razılaşmalar var. Tərəflər həmçinin bölücü xətlərin koordinatlarının müəyyənləşdirilməsi üzrə vahid fikrə gəliblər. Məsələ yalnız iki ölkə - Türkmənistan və İranla razılaşdırılmayıb. Buna görə də çoxillik müzakirələrə baxmayaraq, Xəzərin statusu indiyədək müəyyənləşdirilməyib.

Xəzər dövlətlərindən ilk olaraq Azərbaycan dünyada ən böyük gölün sərhədlərinin bölünməsinə və öz müstəqilliyinin hüdudlarının müəyyənləşdirilməsinə başlayıb. Məhz Azərbaycan Respublikası ilk dəfə Xəzər dənizində öz sektorunun mövcudluğunu elan edib və 1994-cü il 20 sentyabr tarixində qərb şirkətləri ilə PSA (production sharing agreement) - məhsul bölgüsü barədə müqavilə modeli üzrə beynəlxalq müqavilə ("Əsrin müqaviləsi") imzalamaqla bunu təsbit edib. Bu, Azərbaycanın 1995-ci ildəki əsas qanununda da öz əksini tapıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti