...

Aİ ilə viza rejimi yüngüləşdirilməli, lakin vizalar tamamilə ləğv edilməməlidir

Siyasət Materials 18 Sentyabr 2009 16:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 sentyabr / Trend , müxbir V.Javoronkova /

Aİ tərəfdaşları üçün viza rejimi yüngülləşdirilməlidir, lakin vizalar tamamilə ləğv edilməməlidir. Bu barədə Bakıda keçirilən mətbuat konfransında Avropanın dostluq siyasəti üzrə idarəsinin administratoru Covanni Kremonini bildirib.

"Tərəfdaşlarımız qeyri-leqal miqrasiya və insan alverinə diqqətlə yanaşmalıdırlar və biz Aİ ölkələrinə girişi maksimal dərəcədə yüngülləşdirmək istəyirik", - o bildirib.

Onun sözlərinə görə, viza rejimi ləğv edilməməlidir, söhbət viza alınması üzrə prosedurların yüngülləşdirilməsindən gedir.

Kremonini qeyd edib ki, "Şərq tərəfdaşlığı" münasibətlərə ikitərəfli və çoxtərəfli yanaşır.

"Çoxtərəfli tərəfdaşlığa gəldikdə biz dörd istiqamətdə dörd platforma müəyyən etmişik", - o deyib.

Aİ birinciyə demokratiya, yaxşı idarəetmə və stabilliyi, ikinciyə isə iqtisadi inteqrasiya və Avropa qanunvericiliyinə uyğun siyasəti, üçüncüyə energetika məsələlərini, dördüncü platformaya isə dövlətlərarası əlaqələri aid edir.

"Bu platformalar əsasında biz Avropa qanunvericiliyinə müvafiq qaydalar təqdim edirik, biz təcrübə mübadiləsi həyata keçiririk və təcrübəmizi "Şərq tərəfdaşlığı" ölkələrinə ötürürük", - Kremonini bildirib.

"Şərq tərəfdaşlığı" Polşa və İsveçin qonşuluq siyasəti çərçivəsində Aİ-nin postsovet ölkələri ilə münasibətlərinin yaxşılaşdırılmasına yönəldilmiş təşəbbüsdür. Proqram martın 20-də Aİ-nin iclasında təsdiqlənib. "Şərq tərəfdaşlığı" proqramı rəsmi olaraq mayın 7-də Aİ-nin Praqadakı sammitində qüvvəyə minib.

"Şərq tərəfdaşlığı" Aİ-nin altı qonşu ölkəsini əhatə edir: Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Belarus və Ukrayna. Aİ proqram çərçivəsində qonşu ölkələrə 2009-2013-cü illərdə 600 milyon avro ayıracaq.

Xəbər lenti

Xəbər lenti