...

Azərbaycanın müxalifət partiyalarının bələdiyyə seçkisində müsbət nəticə əldə etməsi inandırıcı deyil – millət vəkili

Siyasət Materials 24 Sentyabr 2009 13:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 sentyabr / Trend , müxbir C.Babayeva /

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini hesab edir ki, müxalifət partiyalarının bələdiyyə seçkisində müsbət nəticə əldə etməsi inandırıcı deyil.

"Sosial bazası olmadığı üçün müxalifət partiyalarının bələdiyyə seçkilərində iştirakı və hansısa müsbət nəticə əldə etməsi inandırıcı deyil", - Trend -un məlumatına görə, bu barədə cümə axşamı YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov partiyanın rəsmi saytına bildirib.

Trend -un arayışı: Azərbaycanda bələdiyyə seçkisinin bu ilin dekabrın ortalarında keçirilməsi gözlənilir. Azərbaycanda bələdiyyələrin birləşdirilməsi prosesi nəticəsində onların sayı 2760-dan 1720-ə qədər enib.

Novruzovun sözlərinə görə, ölkə müxalifətinin bir hissəsi əvvəllər müxtəlif bəhanələrlə seçkilərdə iştirakdan imtina ediblər. "Seçkilərdə iştirakdan imtinaya əsl səbəb isə elektoratın yox səviyyəsində olmasıdır. Müxalifət bütün bələdiyyələrə namizəd vermək iqtidarında deyil", - millət vəkili deyib.

O, hakim partiyanın seçkidə qarşı tərəfin iştirakını istədiyini bildirib. "Biz də istəyirik ki, qarşı tərəf seçkilərdə iştirak etsin və ortaya alternativ proqramlar qoysun. Amma reallıq bundan ibarətdir ki, müxalifət belə imkana malik deyil", - Novruzov deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti