Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərində abadlıq işlərinin sürətləndirilməsi ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalyıb, bu barədə məlumatı AzərTac Dövlət İnformasiya Agentliyi yayıb.
Sərəncama əsasən, Bakı şəhərində aparılan abadlıq işlərini sürətləndirmək məqsədilə Azərbaycan Respublikasının 2009-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Bakı şəhər İcra Hakimiyyətinə 20 milyon manat məbləğində vəsait ayrılması nəzərdə tutulub.