...

Azərbaycan Prezidenti Çexiya Baş nazirinin müavini, müdafiə nazirini qəbul edib

Siyasət Materials 1 Oktyabr 2009 18:32 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Çexiya Baş nazirinin müavini, müdafiə naziri Martin Bartakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan Prezidenti Çexiya Baş nazirinin müavini, müdafiə nazirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Çexiya Baş nazirinin müavini, müdafiə naziri Martin Bartakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlət başçısı Azərbaycan-Çexiya ikitərəfli münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb və Çexiyadan mütəmadi olaraq müxtəlif səviyyəli nümayəndə heyətlərinin ölkəmizə səfərlərini əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirib. İlham Əliyev bu il Çexiyaya səfərini xatırlayıb və iki ölkə arasında intensiv dialoqun aparılmasının əhəmiyyətini qeyd edib. Azərbaycan Prezidenti əmin olduğunu bildirib ki, Çexiya Baş nazirinin müavini, müdafiə nazirinin ölkəmizə bu səfəri də Azərbaycan ilə Çexiya arasında münasibətlərin daha da möhkəmlənməsi işinə xidmət edəcək.

İki ölkə arasında əlaqələrin daha sıx xarakter aldığını müsbət hal kimi qiymətləndirən Martin Bartak deyib ki, biz bu regionda Azərbaycana çox sabit bir ölkə kimi baxırıq. Qonaq ölkəsinin Azərbaycan ilə münasibətlərə böyük önəm verdiyini vurğulayıb və ümid etdiyini bildirib ki, digər sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığımız daha da genişlənəcək.

Xəbər lenti

Xəbər lenti