Azərbaycan, Bakı, 6 oktyabr / Trend , müxbir K.Zərbalıyeva/
Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) şöbə müdiri Polşada beynəlxalq tədbirdə iştirak edəcək.
MSK-nın mətbuat xidmətindən çərşənbə axşamı Trend -a bildiriblər ki, komissiyanın Katibliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov oktyabrın 7-dən 9-dək Polşanın paytaxtı Varşava şəhərində səfərdə olacaq. Şöbə müdiri Varşavada ATƏT-in İnsan Ölçüsünün Tətbiqi üzrə Görüşündə iştirak edəcək. Həmin tədbirdə bir sıra məsələlər, o cümlədən iştirakçı ölkələrin seçki təçrübəsi ilə bağlı müzakirələr aparılacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]