...

Gürcüstanın xarici işlər naziri Macarıstana səfər edəcək

Siyasət Materials 8 Oktyabr 2009 21:01 (UTC +04:00)

Gürcüstan, Tbilkisi, 8 oktyabr /Trend Neüs, müxbir N.Kirsxaliya/

Oktyabrın 20-də Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze Macarıstana səfər edəcək. Bu haqda Macarıstan xarici işlər nazirinin müavini İeno Falerin öz gürcü həmkarı David Calaqaniya ilə Gürcüstanın xarici siyasət idarəsində keçirilən görüşdən sonra məlumat verib.

Faler deyib ki, görüş zamanı Gürcüstanın Avroatlantik strukturlara inteqrasiyası üzrə vəziyyət, həmçinin Gürcüstanın və bütün regionun təhlükəsizlik məsələləri müzakirə ediləcək.

Onun sözlərinə görə, Macarıstan Gürcüstanın demokratiyanın möhkəmləndirilməsi yolunda göstərdiyi fəallığı dəstəkləyir.

İkitərəfli əlaqələrin inkişaf etdirilməsi məqsədilə Faler öz gürcü həmkarına Macarıstan XİN-in rəsmi dəvətini təqdim edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti