Bu yaxınlarda Torontoda Kanadanın türkdilli diasporlarının forumu keçirilib. Gürcüstan, Latviya, Litva və Estoniya diasporları nümayəndələrinin, habelə Beynəlxalq Niaqara Musiqi Festivalı rəhbərlərinin də iştirak etdikləri forumda Azərbaycan Prezidenti İlham Əliyev yekdilliklə "İlin adamı" seçilib, AzərTAc dövlət agentliyi məlumat yayıb.
Azərbaycan dövlətinin başçısı bu ada Yer üzündə ümumi sülhün bərqərar olması işinə böyük töhfə verən XXI əsrin görkəmli siyasi xadimi kimi layiq görülüb. AzərTAc-a bu məlumatı Şimali Amerikanın bu ölkəsində "Sivilizasiyaların dünya irsi" devizi altında fəaliyyət göstərən Beynəlxalq Heydər Əliyev Mərkəzinin mətbuat xidmətinin rəhbəri Malik Abbas göndərib.
Forum iştirakçılarının Prezident İlham Əliyevə ünvanlanmış müraciətində onun çoxmilyonlu türk dünyasında şəksiz lider olması, bütün planetdə sülhü bərqərar etmək, Cənubi Qafqaz regionunda və onun hüdudlarından kənarda siyasi vəziyyəti sabitləşdirmək səyləri vurğulanır.
Müraciətdə deyilir: "Siz Azərbaycanın qarşısında duran ən ümdə problemləri həll etmək, müasir dövrün aktual geosiyasi məsələləri müzakirə edilərkən müsbət nəticələr əldə edilməsinə kömək göstərmək, siyasi, iqtisadi və mədəni baxımdan optimal həll variantlarını operativ tapmaq bacarığınız sayəsində zəmanəmizin görkəmli dövlət və siyasi xadimləri sırasına çıxmısınız..."
Kanada forumunun iştirakçıları Azərbaycan Respublikası rəhbərinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin gözəl ənənələrinin geniş yayılmasına yönəlmiş səmərəli fəaliyyətini vurğulayaraq xüsusi qeyd etmişlər ki, məhz bu fəaliyyət sayəsində Azərbaycan, onun paytaxtı - İslam dünyasının mədəni paytaxtı seçilmiş Bakı Şərqdə Qərb mədəniyyətinin çiçəklənən bölgəsi, Qərbdə isə qədim Şərq sivilizasiyasına xas olan ən yüksək mənəvi və mədəni dəyərlərin mərkəzi hesab edilir.
Müraciətdə daha sonra deyilir: "Dünyada Sizi tarixi "İpək Yolu" qlobal layihəsinin əsas memarlarından və ideya-siyasi baxımdan bu layihəni həyata keçirənlərdən biri hesab edirlər. Bu layihənin nəcib ideyaları Yer üzündə tərəqqi və sülh naminə sivilizasiyaların hərtərəfli inteqrasiyasına, mədəni sintezə, mənəvi cəhətdən qarşılıqlı zənginləşməyə, qarşılıqlı iqtisadi əlaqələrə xidmət edir..."
Kanadanın türkdilli diasporlarının forumunda çıxış edən nümayəndələr Azərbaycan Prezidentinin mükəmməl savada, nadir erudisiyaya malik olmasını da qeyd edərək vurğulamışlar ki, bu keyfiyyətlər onun ən müxtəlif beynəlxalq tribunalardan ən müxtəlif auditoriya qarşısında nitq söyləməsinə, ölkəmiz üçün mühüm mədəni və iqtisadi layihələrə diqqəti cəlb etməsinə, hamıda həmin layihələrə maraq hissi oyatmasına kömək edir. Kanadadakı türkdilli diasporların forumunun iştirakçıları bütün bunları rəhbər tutaraq, Azərbaycan Prezidenti İlham Əliyevi yekdilliklə "İlin adamı" seçiblər.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]
Azərbaycan Prezidenti İlham Əliyev Kanadada "İlin adamı" seçilib
Bu yaxınlarda Torontoda Kanadanın türkdilli diasporlarının forumu keçirilib. Gürcüstan, Latviya, Litva və Estoniya diasporları nümayəndələrinin, habelə Beynəlxalq Niaqara Musiqi Festivalı rəhbərlərinin də iştirak etdikləri forumda Azərbaycan Prezidenti İlham Əliyev yekdilliklə “İlin adamı” seçilib, AzərTAc dövlət agentliyi məlumat yayıb.