Azərbaycan, Bakı, 21 oktyabr / Trend , müxbir M.Əliyev/
Azərbaycanın Baş nazirinin müavini hesab edir ki, Türkiyədə Azərbaycan bayrağı ilə bağlı insident yarananda Türkiyə hökuməti dərhal bəyanat verməliydi.
"Türklər öz bayraqlarına çox önəm verirlər. Türkiyədə Azərbaycan bayrağı ilə bağlı insident yarananda Türkiyə hökuməti dərhal bəyanat verməliydi. Amma bu baş vermədi", - Trend -un məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Baş nazirin müavini Əli Həsənov bildirib.
Oktyabrın 14-də Bursada Türkiyə-Ermənistan futbol matçı zamanı Azərbaycan bayraqları təhqir olunub. Bununla bağlı rəsmi Bakı Türkiyənin Azərbaycandakı səfirliyinə rəsmi etirazını bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]