...

Azərbaycanda bələdiyyə seçkilərində iştirak etmək üçün 7 mindən artıq şəxsin namizədliyi təsdiq edilib

Siyasət Materials 21 Oktyabr 2009 18:49 (UTC +04:00)
Azərbaycanda dairə seçki komissiyalarında 1075 bələdiyyə üzrə 7126 nəfərin namizədliyi təsdiq edilib. Namizədlərin 2886 nəfəri ali təhsillidir.
Azərbaycanda bələdiyyə seçkilərində iştirak etmək üçün 7 mindən artıq şəxsin namizədliyi təsdiq edilib

Azərbaycan, Bakı, 21 oktyabr / Trend , müxbir M.Əliyev/

Azərbaycanda dairə seçki komissiyalarında 1075 bələdiyyə üzrə 7126 nəfərin namizədliyi təsdiq edilib. Namizədlərin 2886 nəfəri ali təhsillidir.

Doqquz siyasi partiya builki seçkilərdə bələdiyyə üzvlüyünə namizədlərini irəli sürüblər.

"5828 namizəd imza vərəqələri alaraq imzatoplama kampaniyasına başlayıblar", - cümə günü Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən Trend -a məlumat verilib. Artıq həmin şəxslərdən 73 nəfər namizədliklərinin qeydə alınması üçün imza vərəqələrini və digər zəruri seçki sənədlərini müfaviq dairə seçki komissiyalarına təqdim ediblər.

Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti