...

Azərbaycan Prezidenti Bolqarıstanın xarici işlər nazirini qəbul edib

Siyasət Materials 22 Oktyabr 2009 17:00 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Bolqarıstanın xarici işlər naziri xanım Rumyana Jelevanı qəbul edib.
Azərbaycan Prezidenti Bolqarıstanın xarici işlər nazirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Bolqarıstanın xarici işlər naziri xanım Rumyana Jelevanı qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Görüşdə Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrimizin bundan sonra da möhkəmlənməsi üçün yaxşı potensialın olduğu qeyd edilib və münasibətlərimizin gələcəkdə daha da genişlənəcəyinə əminlik ifadə olunub.

Görüşdə, həmçinin Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Bakıda keçirilən XIX görüşünün əhəmiyyəti vurğulanıb və bu görüşün ölkələr arasında əməkdaşlığın genişləndirilməsi işinə xidmət etdiyi bildirilib.

Xəbər lenti

Xəbər lenti