...

Azərbaycan Prezidenti İran İslam Respublikası xarici işlər nazirinin müavinini qəbul edib

Siyasət Materials 22 Oktyabr 2009 17:22 (UTC +04:00)
Mehdi Səfəri İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın salamlarını dövlətimizin başçısına çatdırıb. Seçkilərdən əvvəl Azərbaycanda olduğunu vurğulayan qonaq, ötən dövr ərzində ölkəmizdə, xüsusilə Bakı şəhərində çoxlu müsbət dəyişikliklərin baş verdiyini deyib və əldə olunan yüksək nailiyyətlərə görə dövlətimizin başçısını təbrik edib.
Azərbaycan Prezidenti İran İslam Respublikası xarici işlər nazirinin müavinini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı İran İslam Respublikası xarici işlər nazirinin müavini Mehdi Səfərini qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Mehdi Səfəri İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın salamlarını dövlətimizin başçısına çatdırıb. Seçkilərdən əvvəl Azərbaycanda olduğunu vurğulayan qonaq, ötən dövr ərzində ölkəmizdə, xüsusilə Bakı şəhərində çoxlu müsbət dəyişikliklərin baş verdiyini deyib və əldə olunan yüksək nailiyyətlərə görə dövlətimizin başçısını təbrik edib.

Ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etdiyini bildirən dövlətimizin başçısı gələcək əməkdaşlıq üçün də yaxşı perspektivlərin olduğunu vurğulayıb. Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq münasibətlərinin bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə edib.

Dövlətimizin başçısı Prezident Mahmud Əhmədinejadın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İran İslam Respublikasının Prezidentinə çatdırmağı xahiş edib.

Xəbər lenti

Xəbər lenti