Gürcüstan, Tbilisi, 23 oktyabr /Trend New, müxbir N.Kirtsxaliya/
Gürcüstanda "donuz qripi"nə yoluxma üzrə iki yeni fakt qeydə alınıb. Gürcüstanın Səhiyyə Nazirliyinin məlumat verdiyi kimi, bu dəfə 17 yaşlı gürcü idmançı və çəkiliş qrupu ilə birgə Gürcüstanda olan amerkalı qız yoluxub.
İdmançı "donuz qripi"nə İsveçdə yarışlarda olarkən yoluxub. Onda xəstəlik özünü zəif biruzə verir və o, evdə həkimlərin müşahidəsi altında müalicə olunur.
Amreikalı qız isə Gürcüstan-Rusiya müharibəsi barədə filmin çəkilişlərinə görə Gürcüstana gəlib. O, artıq ölkəni tərk edib.
Səhiyyə Nazirliyindən bildirildiyi kimi, Gürcüstanda H1N1 virusuna kütləvi yoluxma təhlükəsi yoxdur.
Gürcüstan həkimləri bəyan edirlər ki, Gürcüstanda qeydə alınan 25 yoluxma halı Gürcüstana gətirilib və bir dəfə də olsun xəstəliyin ağır və ya orta ağır halı qeydə alınmayıb.
Gürcüstan həkimləri həmçinin bildirirlər ki, noyabrda "donuz qripi"nə qarşı peyvənd gözləyirlər ki, bu da ölkədə xəstəliyin meydana gəlməsi imkanlarını daha da azladacaq.