...

ABŞ-ın dövlət katibi müavininin köməkçisi Qarabağ münaqişəsini Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələri ilə müzakirə edib

Siyasət Materials 23 Oktyabr 2009 12:53 (UTC +04:00)
ABŞ-ın dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin köməkçisi Tina Kaydanov cümə günü Bakıda Ermənistan-Azərbaycan münaqişəsini Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələri ilə müzakirə edib.
ABŞ-ın dövlət katibi müavininin köməkçisi Qarabağ münaqişəsini Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələri ilə müzakirə edib

Azərbaycan, Bakı, 23 oktyabr / Trend , müxbir M.Əliyev/

ABŞ-ın dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin köməkçisi Tina Kaydanov cümə günü Bakıda Ermənistan-Azərbaycan münaqişəsini Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələri ilə müzakirə edib.

"Bu, Kaydanovun Azərbaycana ilk səfəridir və səfər daha çox tanışlıq xarakteri daşıyır. Onu bütün bu məsələlərlə bağlı vətəndaş fikri maraqlandırıb", - Trend -a Helsinski Vətəndaş Assambelyasının həmsədri Arzu Abdullayeva bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Azərbaycan QHT-lərinin nümayəndələri Kaydanovun nəzərinə vətəndaş cəmiyyətinin Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həllinə maraqlı olduğunu çatdırıblar. "Bu, hakimiyyət və vətəndaş cəmiyyəti arasında tək ümumi fikirdir", - Abdullayeva bildirib.

"Ona bildirildi ki, Azərbaycanda heç kəs Dağlıq Qarabağın itirilməsi ilə razılaşmayacaq, belə ki, bu bizim torpağımızdır", - o əlavə edib.

Kaydanovun ikigünlük səfəri çərçivəsində Xarici İşlər Nazirliyində, Azərbaycanın Maliyyə Nazirliyində görüşlərin keçirilməsi planlaşdırılır. Eyni zamanda, Prezident İlham Əliyev ilə də görüşün keçirilməsi nəzərdə tutulur, Trend -a ABŞ-ın Bakıdakı səfirliyindən bildirilib.

Kaydanov ABŞ-ın dövlət katibi müavininin köməkçisi vəzifəsinə bu ilin aprel ayında Meytu Brayzanı əvəz edərək keçib.

Xəbər lenti

Xəbər lenti