Gürcüstan, Tbilisi, 26 oktyabr / Trend , müxbir N.Kirsxaliya/
Gürcüstanın Almaniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə Habsburqlar kral sülaləsindən olan xanım Qabriela Habsburq-Lotringen təyin ediləcək. Onun namizədliyi bu gün Gürcüstan Parlamentinin bürosunda təqdim olunub.
Qabriela Habsburq-Lotringen 1956-cı ildə Lüksemburqda anadan olub, ixtisasca filosof və sənətşünasdır. Bir neçə mükafatın dizaynının müəllifidir.
2001-ci ildən bu günədək Gürcüstan İncəsənət Akademiyasında və Noyştand Yay Akademiyasında mühazirə oxuyur.
2004-cü ildən Qabriela Habsburq-Lotringen Bos Şayrendə, 2005-ci ildən isə Bed Rayhenxale Akademiyasında mühazirə oxuyur.
O, Almaniyada səfir vəzifəsində istefa səbəbləri barədə məlumat verilməyən Levan Duçidzeni əvəz edəcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]