...

ABŞ Türkmənistan xalqı ilə mehriban münasibətləri qiymətləndirir - Barak Obama

Siyasət Materials 28 Oktyabr 2009 11:28 (UTC +04:00)
ABŞ Prezidenti Barak Obama bu gün Türkmənistanın müstəqilliyinin 17-ci ildönümü ilə əlaqədar keçirilən bayram münasibətilə türkmən xalqının rəhbəri Qurbanqulu Berdimuhammədova təbrik məktubu göndərib.
ABŞ Türkmənistan xalqı ilə mehriban münasibətləri qiymətləndirir - Barak Obama

Türkmənistan, Aşqabad, 27 oktyabr / Trend , müxbir H.Həsənəv/

ABŞ Prezidenti Barak Obama bu gün Türkmənistanın müstəqilliyinin 17-ci ildönümü ilə əlaqədar keçirilən bayram münasibətilə türkmən xalqının rəhbəri Qurbanqulu Berdimuhammədova təbrik məktubu göndərib.

"Biz Türkmənistan xalqı ilə mehriban münasibətlərimizi qiymətləndirir və gələcəkdə ölkələrimiz arasında əməkdaşlığin daha da genişlənəcəyinə ümid edirik", - məktubda deyilir.

"Amerika Birləşmiş Ştatları xalqı adından sizə və türkmən xalqına Türkmənistanın müstəqillik bayramı münasibətilə ən xoş arzu və təbriklərimi çatdırmaq mənim üçün böyük şərəfdir", - təbrik məktubunda deyilir.

Sentyabrda ABŞ dövlət katibi Hillari Klinton Qurbanqulu Berdimuhammədovla görüşündə Aşqabadın Türkmənistanın enerji daşıyıcılarının dünya və eləcə də Avropa bazarına çıxarılması təşəbbüsünü dəstəklədiyini nümayiş etdirib.

Bundan əlavə qeyd edilib ki, Amerika biznesi qaz yataqlarının işlənməsi sahəsində texnologiyalarla kömək edə bilər. Vaşinqton Avropada Azərbaycanın ilkin tədarükçü qismində çıxış etdiyi "Nabukko" qaz kəməri layihəsinin həyata keçirilməsinin fəallaşdırılması imkanlarını Turkmənistanla əlaqələndirir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti