...

Azərbaycan Prezidenti və xanımı İsmayıllıda akademik Zərifə Əliyeva adına Parkla tanış olublar

Siyasət Materials 29 Oktyabr 2009 16:16 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva cümə axşamı İsmayıllıda görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyeva adına Parkla tanış olublar. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Azərbaycan Prezidenti və xanımı İsmayıllıda akademik Zərifə Əliyeva adına Parkla tanış olublar

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva cümə axşamı İsmayıllıda görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyeva adına Parkla tanış olublar. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Heydər Əliyev prospektində yerləşən parkda inşaat işləri yüksək səviyyədə həyata keçirilib. Müasir tələblərə uyğun qurulan və İsmayıllının görkəminə xüsusi yaraşıq verən Zərifə Əliyeva adına Parkda sakinlərin mənalı istirahəti üçün hər cür şərait yaradılıb.

İstirahət məkanında milli üslubla müasirlik uzlaşdırılıb. Parkın girişində xüsusi kompozit materiallarından istifadə edilməklə hündürlüyü 12 metr, eni 31 metr olan portal inşa olunub. Portalın üstündə "Zərifə Əliyeva adına Park" sözləri yazılıb. Mərmər üzlüklü fəvvarənin, çarhovuzun inşa edildiyi parkın ərazisində kafe və uşaq meydançası fəaliyyət göstərir.

Əraziyə üzlük daşlar döşənib, istirahət ocağında geniş yaşıllaşdırma işləri aparılıb. Parkın mənzərəsi yaddaqalan və ifadəli elementlərdən ibarətdir. Uzunluğu 1,4 kilometr, eni 20 metr, ümumi həcmi 84 min kubmetr olan kanal çay daşı ilə doldurulub. Kanalın 980 metri qala divarı kimi hörülüb.

Prezident İlham Əliyev görülmüş işləri yüksək qiymətləndirib.

Dövlət başçısı və xanımı Zərifə Əliyeva adına Parkla üzbəüz yeni inşa olunmuş Qala divarının önündə el sənətkarlarının əl işlərindən ibarət sərgiyə baxıb. Burada papaqçıların, sərracların, misgərlərin, nalbəndlərin əl işləri nümayiş olunur, qızlar xalça toxuyur, XVIII əsrə aid sac üzərində yuxa bişirilir.

Prezident İlham Əliyev el sənətkarlarının vəziyyəti ilə maraqlanıb. Lahıc kəndindən olan misgərlər dövlət başçısına durna çırağı hədiyyə ediblər.

Prezident İlham Əliyev aşıqların, Lahıc, Molla İsaqlı və İvanovka kəndlərinin folklor qruplarının Azərbaycan, rus və alban dillərində çıxışlarını və rəqslərini izləyib. Folklor qrupları Azərbaycana, Vətənə, dövlət başçısına aid mahnılar oxuyublar.

Dövlət başçısı burada rayon ağsaqqalları ilə söhbət edib.

Xəbər lenti

Xəbər lenti