...

Gürcüstan "donuz qripi" epidemiyası təhlükəsi altında deyil - nazir Aleksandr Kvitaşvili

Siyasət Materials 2 Noyabr 2009 13:33 (UTC +04:00)
Gürcüstan "donuz qripi" epidemiyası təhlükəsi altında deyil. Bu barədə bu gün keçirilən mətbuat konfransında ölkənin əmək, səhiyyə və sosial müdafiə naziri Aleksandr Kvitaşvili bildirib.
Gürcüstan "donuz qripi" epidemiyası təhlükəsi altında deyil - nazir Aleksandr Kvitaşvili

Gürcüstan, Tbilisi, 02 noyabr / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstan "donuz qripi" epidemiyası təhlükəsi altında deyil. Bu barədə bu gün keçirilən mətbuat konfransında ölkənin əmək, səhiyyə və sosial müdafiə naziri Aleksandr Kvitaşvili bildirib.

Onun sözlərinə görə, virusun fəallaşması yanvar ayında gözlənilir, virusa yoluxanların sayının artacağı istisna edilmir.

Nazir bildirib ki, Gürcüstan hafisələrin bu cür inkişafına hazırdır və ölkədə kifayət qədər dava-dərman ehtiyatı yaradılıb. Yaxın zamanda ölkəyə "donuz qripi"nə qarşı peyvənd də gətiriləcək.

Bu vaxta kimi Gürcüstanda А (H1N1) virusuna yoluxma üzrə 27 hal qeydə alınıb. Bütün xəstələr ölkə xaricində yoluxub, hazırda onlar sağalıblar.

Kvitaşvili həmçinin bildirib ki, Ukraynada vəziyyətin kəskinləşməsi ilə əlaqədar olaraq o, bu ölkənin Gürcüstandakı səfiri ilə görüşüb, görüşdə müzakirələrin əsas mövzusu bu epidemiyanın qarşısının alınması məqsədilə Gürcüstanın Ukraynaya nə kimi yardım göstərə bilməsi məsələsi olub.

Ukraynda "donuz qripi" pandemiyası təhlükəsi barədə artıq ölkə Prezidenti və Baş nazir bəyan edib, onlar beynəlxalq təşkilatlardan kömək istəyiblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: : [email protected]

Xəbər lenti

Xəbər lenti