...

Azərbaycan Prezidenti bir sıra ölkələrlə hökumətlərarası müqavilələri təsdiqləyib

Siyasət Materials 3 Noyabr 2009 16:25 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclis tərəfindən təsdiqlənən Azərbaycan Respublikası Prezidenti və Rusiya Federasiyası Prezidentinin Xəzər dənizi üzrə 2009-cu il iyunun 29-da Bakıda imzalanan Birgə Bəyanatını təsdiqləyib.
Azərbaycan Prezidenti bir sıra ölkələrlə hökumətlərarası müqavilələri təsdiqləyib

Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclis tərəfindən təsdiqlənən Azərbaycan Respublikası Prezidenti və Rusiya Federasiyası Prezidentinin Xəzər dənizi üzrə 2009-cu il iyunun 29-da Bakıda imzalanan Birgə Bəyanatını təsdiqləyib. Məlumatı çərşənbə axşamı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlət başçısı Azərbaycan Respublikası hökuməti və Gürcüstan Respublikası hökuməti arasında 2009-cu il mayın 20-də Bakıda imzalanan "Hava əlaqəsi haqqında" Sazişə dəyişikliklər edilməsi haqqında" Protokolu təsdiq edib.

Prezident İlham Əliyev 2005-ci il dekabrın 9-da Nyu-Yorkda imzalanan "Birləşmiş Millətlər Təşkilatının işçi heyətinin və onunla bağlı heyətin təhlükəsizliyi haqqında" Konvensiyaya Fakültativ Protokolu təsdiq edib.

Azərbaycanın dövlət başçısı Milli Məclis tərəfindən təsdiqlənən 2008-ci il noyabrın 14-də Kişinyovda imzalanan "Birgə film istehsalı haqqında" Sazişi təsdiqləyib.

İlham Əliyev 1971-ci il avqustun 20-də Vaşinqtonda imzalanan Beynəlxalq Peyk Rabitəsi Təşkilatı ilə bağlı Sazişə dəyişikliyi təsdiq edib.

Prezident, həmçinin Azərbaycan Respublikası və Polşa Respublikası Prezidentlərinin Məşvərət Komitəsinin 2009-cu il iyulun 2-də Bakıda imzalanan nizamnaməsini təsdiq edib.

Prezident parlament tərəfindən təsdiq edilən Azərbaycan Respublikası Prezidentinin və Latviya Respublikası Prezidentinin 2009-cu il avqustun 10-da Bakıda imzalanan Birgə Bəyannaməsini təsdiq edib.

Dövlət başçısı, həmçinin 2009-cu il aprelin 9-da imzalanan "2009-2010-cu illərdə Azərbaycan-Ukrayna əməkdaşlığının Tədbirlər Planı"nı təsdiq edib.

Xəbər lenti

Xəbər lenti