...

Azərbaycan Prezidenti Küveytin yeni səfirinin etimadnaməsini qəbul edib

Siyasət Materials 16 Noyabr 2009 20:02 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Küveytin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ğəssan Əbdülbari əl-Zəvavinin etimadnaməsini qəbul edib.
Azərbaycan Prezidenti Küveytin yeni səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Küveytin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ğəssan Əbdülbari əl-Zəvavinin etimadnaməsini qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Dövlətimizin başçısı ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb. Prezident İlham Əliyev Küveytə uğurlu səfərini və Küveyt Əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabah ilə keçirdiyi görüşləri xatırlayaraq, həmin səfər zamanı əldə olunan razılaşmaların həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib. Dövlətimizin başçısı iki ölkə arasında mövcud dostluq münasibətlərinin bundan sonra da davam edəcəyinə və ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birini gələcəkdə də dəstəkləyəcəklərinə əminliyini ifadə edib.

Əbdülbari əl-Zəvavi Küveyt Əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın salamlarını dövlətimizin başçısına çatdırıb. O, ölkəsinin Azərbaycan ilə münasibətlərinin bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib. Əbdülbari əl-Zəvavi ölkəmizdəki diplomatik fəaliyyəti müddətində Azərbaycan tərəfinin ona dəstək göstərəcəyinə ümidvar olduğunu bildirib.

Dövlətimizin başçısı Küveyt Əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Küveyt Əmirinə çatdırmağı xahiş edib.

Xəbər lenti

Xəbər lenti