...

Azərbaycan Prezidenti "Dünyanın ən nüfuzlu 500 müsəlmanı" kitabına daxil olub

Siyasət Materials 21 Noyabr 2009 12:50 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev "Dünyanın ən nüfuzlu 500 müsəlmanı" kitabına daxil olub. Bu barədə Beynəlxalq İslam Təfəkkürü İnstitutundan verilən məlumatda deyilir.
Azərbaycan Prezidenti "Dünyanın ən nüfuzlu 500 müsəlmanı" kitabına daxil olub

Azərbaycan, Bakı, 21 noyabr / Trend , müxbir Ü.Sadıxova/

Azərbaycan Prezidenti İlham Əliyev "Dünyanın ən nüfuzlu 500 müsəlmanı" kitabına daxil olub. Bu barədə Beynəlxalq İslam Təfəkkürü İnstitutundan verilən məlumatda deyilir.

İslam Krallığı Strateji Araşdırmalar Mərkəzinin və Şahzadə əl-Vəlid ben Talalın Müsəlman-Xristian qarşılıqlı anlaşma Mərkəzinin nəzarəti ilə nəşr edilən kitabda qeyd edildiyi kimi, İlham Əliyev əhalisinin əksəriyyətinin İslam əsaslarını saxlayan və İslam Konfransı Təşkilatının fəal iştirakçısı olan ölkənin nümayəndəsidir. 

Bu siyahıda Azərbaycandan olan digər nümayəndə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadədir.

Kitaba həmçinin Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, Türkiyə Prezidenti Abdulla Gül, Səudiyyə Ərəbistanı Kralı Abdulla ibn Səud, İordaniya Kralı İkinci Abdulla, Oman Sultanı Qabus bin Səid əs-Səid, Birləşmiş Ərəb Əmirliklərinin Baş naziri Məhəmməd bin Rəşid əl-Məqtum, İranın dini rəhbərləri, Asiyanın müsəlman ölkələrinin başçıları və digərlərinin adları daxil edilib.

Xəbər lenti

Xəbər lenti