...

Azərbaycanla sərhəddə yerləşən Gürcüstan kəndində canavarlar az qala 5 yaşlı uşağı parçalayacaqdı

Siyasət Materials 23 Noyabr 2009 20:11 (UTC +04:00)
Gürcüstanın Azərbaycanla sərhəd olan Dedoplis Tskaro rayonunun Samtatskaro kəndində canavarlar son iki gündür ki "fəallaşıblar". Yerli hakimiyyətin verdiyi məlumata görə, dünən kəndin mərkəzində canavarlar 5 yaşlı uşağa hücum edərək onu dişləyiblər.
Azərbaycanla sərhəddə yerləşən Gürcüstan kəndində canavarlar az qala 5 yaşlı uşağı parçalayacaqdı

Gürcüstan, Tbilisi, 23 noyabr / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstanın Azərbaycanla sərhəd olan Dedoplis Tskaro rayonunun Samtatskaro kəndində canavarlar son iki gündür ki "fəallaşıblar". Yerli hakimiyyətin verdiyi məlumata görə, dünən kəndin mərkəzində canavarlar 5 yaşlı uşağa hücum edərək onu dişləyiblər.

Hadisə yerinə yetişən kəndlilər uşağı canavarların cəngindən ala biliblər. Qarın və ayağından yara alan uşaq təcili xəstəxanaya çatdırılıb və ona quduzluğa qarşı iynə vurulub. 10 gün ərzində həkimlər uşağın vəziyyətini müşahidə edəcəklər.

Qeyd etmək lazımdır ki, bir neçə gün bundan əvvəl elə bu kənddə canavarlar Mumladze ailəsinə məxsus olan bütün ev quşlarını parçalamışdılar. Kəndlilər hökumətdən kömək istəyir.

Xəbər lenti

Xəbər lenti