Azərbaycan Prezidenti İlham Əliyev "Nevski ekspress" qatarının qəzaya uğraması ilə bağlı Rusiya Prezidenti Dmitri Medvedevə başsağlığı verib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
"Dmitri Anatolyeviç, "Nevski ekspress" qatarının qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirdi. Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verirəm, yaralananların hamısının tezliklə sağalmasını arzu edirəm", - başsağlığında qeyd olunub.
İlham Əliyev "Nevski ekspress" qatarının qəzaya uğraması ilə bağlı Rusiya Prezidenti Dmitri Medvedevə başsağlığı verib
Azərbaycan Prezidenti İlham Əliyev "Nevski ekspress" qatarının qəzaya uğraması ilə bağlı Rusiya Prezidenti Dmitri Medvedevə başsağlığı verib.
