...

Azərbaycanda bələdiyyə seçkiləri ilə bağlı 11 beynəlxalq müşahidəçi qeydə alınıb

Siyasət Materials 10 Dekabr 2009 17:32 (UTC +04:00)
"Bələdiyyə seçkilərində səsvermə prosesini müşahidə etmək üçün bu günə qədər 11 nəfər beynəlxalq müşahidəçinin müraciətinə müsbət cavab verilib", - cümə axşamı Trend News-a Mərkəzi Seçki Komissiyasının xarici əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov bildirib.
Azərbaycanda bələdiyyə seçkiləri ilə bağlı 11 beynəlxalq müşahidəçi qeydə alınıb

Azərbaycan, Bakı, 10 dekabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanda bələdiyyə seçkiləri ilə bağlı 11 beynəlxalq müşahidəçi qeydə alınıb.

"Bələdiyyə seçkilərində səsvermə prosesini müşahidə etmək üçün bu günə qədər 11 nəfər beynəlxalq müşahidəçinin müraciətinə müsbət cavab verilib", - cümə axşamı Trend -a Mərkəzi Seçki Komissiyasının (MSK) xarici əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov bildirib.

Trend -un arayışı: Azərbaycanda bələdiyyə seçkisi dekabrın 23-də keçiriləcək. 1718 bələdiyyəyə 15 682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur.

Azərbaycanda bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Azərbaycanda bələdiyyə üzvlüyünə 32 minə yaxın namizəd qeydə alınıb. Bu seçkilərdə həmçinin 18 siyasi partiyanın irəli sürdüyü namizədlər qeydə alınıblar. Ümumilikdə isə namizədlər partiya mənsubiyyətinə görə 30 siyasi partiyanı əhatə edirlər.

Qasımovun sözlərinə görə, qeydə alınanlar Avropa Şurasının, Böyük BritaniyaNorveçin Azərbaycandakı səfirliklərinin nümayəndələridir.

"Müşahidəçilərin komissiyaya müraciətləri davam edir. Yaxın günlərdə qeydə alınan beynəlxalq müşahidəçilərin sayının artacağı istisna olunmur", - MSK rəsmisi əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti