...

Azərbaycan Fövqəladə Hallar Nazirliyi yanğına qarşı təbliğata başlayıb

Siyasət Materials 12 Dekabr 2009 11:11 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti yanğına qarşı təbliğatın forma və metodlarından geniş şəkildə istifadə etməyə başlayıb.
Azərbaycan Fövqəladə Hallar Nazirliyi yanğına qarşı təbliğata başlayıb

Azərbaycan, Bakı, 12 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti yanğına qarşı təbliğatın forma və metodlarından geniş şəkildə istifadə etməyə başlayıb.

Trend -un nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında yanğın təhlükəsizliyi qaydalarının təbliğini gücləndirmək məqsədilə nazirliyin Dövlət Yanğın Nəzarəti Xidmətinin kütləvi tirajla nəşr etdirdiyi plakat və yaddaş vərəqələrində qaz və elektrik təsərrüfatında təhlükəsizlik qaydalarının pozulması, o cümlədən qaz cihazlarının nəzarətsiz qalması, onların istifadəsinin azyaşlı uşaqlara həvalə edilməsi, tüstü bacalarının işlək vəziyyətdə olmaması, standartlara uyğun olmayan qaz və elektrik cihazlarından istifadə olunması nəticəsində yarana biləcək fövqəladə hallar barədə xəbərdarlıqlar öz əksini tapıb.

Həmçinin, respublikamızın müxtəlif regionlarında fəaliyyət göstərən televiziya kanalları üçün Dövlət Yanğın Nəzarəti Xidmətinin hazırladığı "Qaz təsərrüfatı: yanğın, partlayış və zəhərlənmə təhlükəsindən necə mühafizə olunmalı" adlı qısametrajlı videomaterial da qaz təsərrüfatı ilə bağlı təhlükəsizlik qaydalarının geniş və əhatəli şəkildə təbliğinə xidmət edir.

Hazırda Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları yaşayış yerlərində əhali ilə maarifləndirmə işi aparmaqla yanaşı, nəşr olunmuş yanğına qarşı təbliğat xarakterli çap məhsullarının təhsil və səhiyyə müəssisələrində, ticarət və ictimai iaşə obyektlərində, Bakı metropoliteninin stansiyalarında, əhalinin daha sıx toplaşdığı digər yerlərdə yayılmasını həyata keçirirlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti