...

Azərbaycan Parlamentində jurnalistlərin fəaliyyəti üçün Ermənistandakından daha yaxşı şərait var

Siyasət Materials 18 Dekabr 2009 15:10 (UTC +04:00)
"Parlament jurnalistələrinin fəaliyyəti üçün Azərbaycandakı vəziyyət Qazaxıstandan, hətta Estoniyadakından nisbətən yaxşıdır", - Trend News-un məlumatına görə, cümə günü Tərəfsiz Jurnalistlər Birliyinin təşəbbüsü və Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun dəstəyi ilə keçirilən tədbirdə bildirilib.
Azərbaycan Parlamentində jurnalistlərin fəaliyyəti üçün Ermənistandakından daha yaxşı şərait var

Azərbaycan, Bakı, 18 dekabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan parlamentində jurnalistlərin fəaliyyəti üçün Ermənistandakından daha yaxşı şərait var.

"Parlament jurnalistələrinin fəaliyyəti üçün Azərbaycandakı vəziyyət Qazaxıstandan, hətta Estoniyadakından nisbətən yaxşıdır", - Trend -un məlumatına görə, cümə günü Tərəfsiz Jurnalistlər Birliyinin təşəbbüsü və Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun dəstəyi ilə keçirilən tədbirdə bildirilib.

Birliyin rəhbəri Elşad Eyvazlı tədbirin keçirilməsində əsas məqsədin parlamentin fəaliyyətinin işıqlandırılmasında beynəlxalq təcrübənin öyrənilməsi olduğunu deyib. "Məsələn, İraqda jurnalistin ABŞ-ın keçmiş prezidenti Corc Buşa ayaqqabı atmasından sonra Estoniya Parlamentində jurnalistlər üçün xüsusi qadağa tətbiq olunub. İndi Estoniya Parlamentinin spikerinin iştirak etdiyi iclaslara jurnalistlər ayaqqabılarını soyunandan sonra buraxılırlar", - Eyvazlı vurğulayıb.

"Ermənilərin Quba rayonunda yerli əhaliyə qarşı törətdiyi soyqırımla bağlı məlumatların dünya ictiamiyyətinə çatdırılmasında yalnız parlament deyil, jurnalistlərin də böyük əməyi olub", - tədbirdə çıxış edən millət vəkili Vahid Əhmədov bildirib.

Onun fikrincə, parlamentin fəaliyyətinin daha yüksək səviyyədə işıqlandırılmasında deputatların jurnalistlərlə ünsiyyətə nə qədər hazır olmalarının da rolu böyükdür. "Düşünürəm ki, Milli Məclisin fəaliyyətinin daha geniş təbliğatı üçün ayrıca parlament televiziyasının yaradılmasına da ehtiyac var", - o vurğulayıb.

"Parlamentin fəaliyyətinin yüksək səviyyədə işıqlandırılmasına mane olan səbəblərdən biri də müstəqil kütləvi informasiya vasitələrinin az olması, bir çox KİV-lərin siyasi cəhətdən asılı olması ilə bağlıdır", - millət vəkili Aynur Camalqızı qeyd edib.

Millət vəkili Nazim Məmmədov isə parlamentin fəaliyyətinin daha da effektli təbliğatı üçün Milli Məclisin mətbaut xidmətinin də gücləndirilməsinə ehtiyacolduğunu bildirib.

Tədbirin sonunda jurnalistlərin və millət vəkillərinin təkliflərinin ümumiləşdirilib, Milli Məclisin növbəti iclaslarından birində bununla bağlı məsələnin müzakirəyə çıxarılması qərara alınıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti