...

Saat 12:30-a olan məlumata görə, Azərbaycanda seçicilərin fəallığı 12-17 faizdir - exit-poll

Siyasət Materials 23 Dekabr 2009 14:56 (UTC +04:00)
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və "ELS" Müstəqil Araşdırmalar Mərkəzi dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində exit-poll tədqiqatını həyata keçirir.
Saat 12:30-a olan məlumata görə, Azərbaycanda seçicilərin fəallığı 12-17 faizdir - exit-poll

Azərbaycan, Bakı, 23 dekabr / Trend , müxbir Ş.Cavadsoy/

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və "ELS" Müstəqil Araşdırmalar Mərkəzi dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində exit-poll tədqiqatını həyata keçirir.

"ELS" Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova Trend -a bildirib ki, seçici fəallığı - saat 12:30-a olan məlumata görə, Bakının Nərimanov rayon bələdiyyəsi üzrə 14,3, Nəsimi - 16,1, Səbail - 14,9, Xətai - 11,8, Xırdalan - 15,3, Şirvan - 17,1, Gəncənin Nizami bələdiyyəsi - 13,2, Xaçmaz bələdiyyəsi üzrə 11,9 faiz seçici fəallığı qeydə alınıb.

Tədqiqat 8 bələdiyyə ərazisində - Bakı şəhərində - Xətai, Səbail, Nərimanov, Nəsimi bələdiyyələri, Abşeron rayonunda Xırdalan bələdiyyəsi Gəncə şəhərində Nizami bələdiyyəsi, Xaçmaz bələdiyyəsi və Şirvan bələdiyyəsi ərazisində keçirilir. Bu bələdiyyələr ümumilikdə 17 dairəni əhatə edir. Hər bələdiyyədə müəyyən məntəqələr seçilib və exit poll tədqiqatı beynəlxalq səviyyədə qəbul olunmuş metodologiyayalara uyğun bir şəkildə həyata keçirilir.

Gün ərzində dörd dəfə - saat 10.00, 13.00, 16.00 və 19.00-da həmin anketlərin çıxarılması həyata keçirilir.

Respublika üzrə 4 588 728 seçici qeydə alınıb. Ölkənin 1718 bələdiyyəsinə 15 682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur.

Azərbaycanda bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Azərbaycanda bələdiyyə üzvlüyünə 31 minə yaxın namizəd qeydə alınıb. Bu seçkilərdə həmçinin 16 siyasi partiyanın irəli sürdüyü namizədlər qeydə alınıblar. Ümumilikdə isə namizədlər partiya mənsubiyyətinə görə 30 siyasi partiyanı əhatə edirlər.

MSK səsvermənin gedişi barədə saat 15.00, 17.00 və 19.00-da məlumat verəcək.

Dairə seçki komissiyalarında seçki prosesini müşahidə etmək üçün 48 388 müşahidəçi qeydə alınıb. MSK-da 1160 yerli və 52 xarici müşahidəçi qeydiyyatdan keçib.

Xəbər lenti

Xəbər lenti