...

Prezident İlham Əliyev Ankarada imzalanmış Azərbaycan ilə Türkiyə hökumətləri arasında təmənnasız hərbi yardım haqqında Sazişin təsdiq edilməsi barədə sərəncam imzalayıb

Siyasət Materials 23 Dekabr 2009 19:54 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev 2009-cu il noyabrın 13-də Ankara şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təmənnasız hərbi yardım haqqında Saziş"in təsdiq edilməsi barədə sərəncam imzalayıb.
Prezident İlham Əliyev Ankarada imzalanmış Azərbaycan ilə Türkiyə hökumətləri arasında təmənnasız hərbi yardım haqqında Sazişin təsdiq edilməsi barədə sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev 2009-cu il noyabrın 13-də Ankara şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təmənnasız hərbi yardım haqqında Saziş"in təsdiq edilməsi barədə sərəncam imzalayıb. Məlumatı çərşənbə günü AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Nazirlər Kabinetinə sərəncamda göstərilən Sazişin həyata keçirilməsi üçün lazımi tədbirlər görməsi tapşırılıb.

Həmçinin Xarici İşlər Nazirliyinə tapşırılıb ki, bu sərəncamda göstərilən Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Türkiyə Respublikası Hökumətini xəbərdar etsin.

Xəbər lenti

Xəbər lenti