...

Azərbaycanda bələdiyyə seçkiləri zamanı "Seçkilər" İnformasiya Mərkəzinin "Qaynar xətti"nə 40 müraciət daxil olub

Siyasət Materials 23 Dekabr 2009 20:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 dekabr / Trend , müxbir M.Əliyev/

Azərbaycanda dekabrın 23-də keçirilən bələdiyyə seçkiləri zamanı "Seçkilər" İnformasiya Mərkəzinin "Qaynar xətti"nə ümumilikdə 40 müraciət daxil olub və onların hamısı məhz müraciət formasında olub. Bu barədə çərşənbə günü Mərkəzin direktoru Ramil Hüseynov Trend -a deyib.

Onun sözlərinə görə, müraciətlər əsasən məntəqələrin yeri, hansı məntəqədə səs verilməsinin dəqiqləşdirilməsi barədə məlumat alınması ilə bağlı olub. "Soyadların seçki siyahısında olmaması ilə əlaqədar şikayət daxil olmayıb", - Hüseynov deyib.

Bələdiyyə seçkilərində seçicilərin aktivliyi yerli vaxtla saat 17:00-a 28,51% (1 308 190 seçici) təşkil edir. Bu barədə Azərbaycan MSK-nın nəzdindəki "Seçkilər" İnformasiya Mərkəzindən Trend -a məlumat verilib.

Xəbər lenti

Xəbər lenti