...

Azərbaycan Prezidenti Dövlət Neft Fondunun yeni inzibati binasinin təməlqoyma mərasimində iştirak edib

Siyasət Materials 29 Dekabr 2009 14:47 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun 10 illik yubileyi günündə - dekabrın 29-da Bakıda fondun yeni inzibati binasının təməlqoyma mərasimində iştirak edib.
Azərbaycan Prezidenti Dövlət Neft Fondunun yeni inzibati binasinin təməlqoyma mərasimində iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun 10 illik yubileyi günündə - dekabrın 29-da Bakıda fondun yeni inzibati binasının təməlqoyma mərasimində iştirak edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Mərasim iştirakçıları - Dövlət Neft Fondunun kollektivi və inşaatçılar Prezident İlham Əliyevi hərarətlə qarşılayıblar.

Dövlət başçısı binanın layihəsi və maketi ilə tanış olub.

Məlumat verilib ki, hündürlüyü 117 metr (mayak ilə birgə 140 metr), ümumi sahəsi 13 min kvadratmetr (yeraltı avtodayanacaq ilə birgə 27 min kvadratmetr) olacaq 23 mərtəbəli binada xidməti otaqlarla yanaşı, Heydər Əliyev muzeyinin, 200 nəfərlik konfrans zalının, 150 avtomobil tutumu olan ikimərtəbəli avtodayanacağın tikilməsi nəzərdə tutulur. Yeddi liftin quraşdırılacağı binada səsdən müdafiə və termal izoləni təmin edəcək ikifasadlı sistemdən istifadə olunacaq.

Layihədə yaşıllıqların salınması və alternativ enerjinin alınması üçün günəş batareyaları, günəş invertorları və s. texnologiyaların tətbiqi ilə "Yaşıl Bina" (Green Building) kateqoriyasının tələblərinə riayət edilməsi də nəzərdə tutulub. Bundan başqa, inteqrasiya olunmuş bina konsepsiyasına əsaslanan intellektual texnologiya infrastrukturun, bütün kommunikasiya və kommunal şəbəkələrin vahid mərkəzdən idarə edilməsinin avtomatlaşdırılmasını təmin edəcək.

Fransanın İnter Art Etudes şirkətinin hazırladığı layihənin idarə edilməsi üzrə məsləhətçi ABŞ-ın "AECOM" şirkəti seçilib.

Dövlət başçısı gilizi təmələ buraxıb və beton qarışığı töküb.

Sonra Prezident İlham Əliyev Dövlət Neft Fondunun kollektivini yubiley münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.

Xəbər lenti

Xəbər lenti