...

2009-cu il Azərbaycan üçün iqtisadiyyat sahəsində çox uğurlu olub – Parlamentin komitə sədri

Siyasət Materials 29 Dekabr 2009 16:31 (UTC +04:00)
"Dünyada maliyyə böhranı getməsinə və ölkəmizin iqtisadiyyatına da müəyyən təsir göstərməsinə baxmayaraq düşünülmüş, eləcə də milli maraqları nəzərə almaqla həyata keçirilən iqtisadi siyasət nəticəsində inkişafı yüksək qiymətləndirməliyik", - çərşənbə axşamı Trend News-a Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib.
2009-cu il Azərbaycan üçün iqtisadiyyat sahəsində çox uğurlu olub – Parlamentin komitə sədri

Azərbaycan, Bakı, 29 dekabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin komitə sədri 2009-cu il ölkə üçün iqtisadiyyat sahəsində çox uğurlu olub.

"Dünyada maliyyə böhranı getməsinə və ölkəmizin iqtisadiyyatına da müəyyən təsir göstərməsinə baxmayaraq düşünülmüş, eləcə də milli maraqları nəzərə almaqla həyata keçirilən iqtisadi siyasət nəticəsində inkişafı yüksək qiymətləndirməliyik", - çərşənbə axşamı Trend -a Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib.

Səmədzadənin sözlərinə görə, bir neçə göstərici əsasında ölkə iqtisadiyyatının hansı səviyyədə olması barədə məlumat vermək olar: "İnflyasiyanın səviyyəsi, iqtisadiyyata qoyulan investisiyalar, əhalinin pul gəlirlərinin artması, infrastruktur layihələri, məqsədli proqramların həyata keçirilməsi və Azərbaycanın xarici ticarət əlaqələrində yaranan saldo kimi göstəricilər birmənalı şəkildə əsas verir ki, 2009-cu ilin iqtisadiyyatımız üçün uğurlu il olduğunu qeyd edək" - komitə sədri əlavə edib.

Onun fikrincə, bir çox göstəricilərə görə, Azərbaycan nəinki MDB məkanında, eləcə də Avropa və digər ölkələrlə müqayisədə qabaqcıl yerdədir: "2010-cu ilin dövlət büdcəsində də Azərbaycanın iqtisadi qüdrətinin artırılması üçün proqramların maliyyələşdirilməsi nəzərdə tutulur.

Hesab edirəm ki, inkişafımız daha keyfiyyətli olacaq. Çünki həm 2009-cu il, həm də bundan əvvəlki illərdə möhkəm baza yaradılıb", - Səmədzadə vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti